11:41 04-11-2021
news_image
92
FUTBOL

1 ildə 4 titul, 5 medal qazanan güləşçimiz: “Daha da yaxşı hazırlaşmalıyam”

“Şadam ki, ikinci dəfə dünya çempionu oldum”.

Apasport.az saytının məlumatına görə, bunu Serbiyanın paytaxtı Belqraddakı U-23 dünya çempionatında 67 kq çəki dərəcəsində qızıl medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.

Dünya Güləş Birliyinin (UWW) rəsmi saytına açıqlama verən 19 yaşlı pəhləvan bu il Ufada gənclər arasında dünya çempionluğundan sonra Belqradda da eyni nailiyyəti təkrarladığı üçün sevindiyini söyləyib: “Böyüklər arasında yaxşı nəticələr əldə etmək üçün daha da yaxşı hazırlaşmalıyam. Hər medal daha böyük məsuliyyət gətirir. Rəqiblərim parter texnikamı, ayaq üstə mübarizə tərzimi bilirlər. Gələcəkdə qələbələrimin çətin olmaması üçün bu xüsusiyyətlərimi təkmilləşdirməyə çalışacağam”.

Qeyd edək ki, Həsrət Cəfərov 2021-ci ildə 5 medal əldə edib. O, dünya çempionluqları ilə yanaşı, gənclərin Avropa birinciliyinin və MDB Oyunlarının qalibi olub. Güləşçi U-23 Avropa çempionatında isə bürünc mükafata yiyələnib.