11:51 04-11-2021
news_image
89
FUTBOL

Onana “İnter”lə müqaviləni razılaşdırdı

Niderlandın “Ayaks” klubunun qapıçısı Andre Onana karyerasını İtaliyada davam etdirəcək.

Apasport.az saytının məlumatına gərə, qolkiper “İnter”ə keçəcək.

25 yaşlı kamerunlu Milan təmsilçisi ilə müqaviləni razılaşdırıb. Tərəflər 4 illik anlaşma imzalayacaq. Andre yeni klubunda ilə 3 milyon avro qazanacaq.

Qeyd edək ki, dopinqə görə 9 aylıq diskvalifikasiya edilən qolkiperin cəzası noyabrın 3-də başa çatıb. Onananın “Ayaks”la müqaviləsi 2022-ci ilin yayında başa çatacaq. O, Milan təmsilçisinə azad agent kimi keçəcək.