17:23 04-11-2021
news_image
125
FUTBOL

Futbolçu avtomobillə adam öldürdü

Dünyanın ən məşhur amerikan futbolçularından Henri Raqqs qəza törədib.

Apasport.az saytının məlumatına görə, Milli Futbol Liqasında (MFL) çıxış edən “Las Veqas Rayders” klubunun formasını geyinən 22 yaşlı oyunçu bir qadının faciəvi şəkildə ölümünə səbəb olub.

Raqqsın qəza anında sürətinin saatda 260 km olduğu açıqlanıb. Həmçinin futbolçu içkili vəziyyətdə avtomobil idarə edib. Qəza zamanı 23 yaşlı Tina Tintor və iti öz avtomobilində yanaraq həlak olub.

Bundan başqa, oyunçunun avtomobilindən bir silah da tapılıb.