12:18 04-11-2021
news_image
147
FUTBOL

“Kayrat” - “Qarabağ”: Kim qalib gələcək?

Avrokubokların bu gün keçiriləcək oyunlarının əmsalları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları Azərbaycan təmsilçisi “Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsində keçirəcəyi dördüncü matçının da favoritini müəyyənləşdirib.

“Qarabağ” səfərdə “Kayrat”la qarşılaşmanın güclüsü hesab edilir. Almatıda baş tutacaq matçda Ağdam təmsilçisinin qələbəsi 2,37, rəqibin uğuru 2,96 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,38 əmsal verilib.

Qeyd edək ki, “Qarabağ”ın oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.