12:29 04-11-2021
news_image
106
FUTBOL

Benzema, Aller... – ÇL-in diqqətçəkən rekordları

Çempionlar Liqasında (ÇL) qrup mərhələsinin IV turuna dünən keçirilən oyunlarla yekun vurulub.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünən keçirilən matçlardan sonra qeydə alınan bir neçə rekord açıqlayıb.

- Donetsk “Şaxtyor”u (2:1) ilə oyunda dubl edən Kərim Benzema əfsanəvi Ferens Puşkaşdan sonra avrokubok matçında 2 və daha çox qol vuran ən yaşlı “Real” oyunçusu olub. Fransalı forvard 33 yaş 319 günlüyündə fərqlənib. Puşkaş isə 1965-ci ilin sentyabrında “Feyenoord”u 4 dəfə mərkəzə dəvət edəndə 38 yaş 173 günlüyündə olub.

- Benzema “Real”ın Çempionlar Liqasında 1000-ci qolunu vurub. Madridlilər bu göstəriciyə çatan ilk klubdur.

- Bu 1000 qolun ən çoxunu Kriştiano Ronaldo (105), Raul Qonzales (66), Kərim Benzema (62), Alfredo Di Stefano (49), Ferens Puşkaş (35), Pako Gento (31), Amansio və Santillana (21) vurub.

- “Şaxtyor” ÇL-dəki son 6 qolun hamısı “Real”a vurub.

- Dortmund “Borussiya”sı (3:1) ilə oyunda fərqlənən “Ayaks”ın hücumçusu Sebastyan Aller Çempionlar Liqası tarixində Ze Karlos (1992-93) və Alessandro Del Pyero (1995), Dieqo Kosta (2013-14) və Erlinq Halanddan (2019) sonra turnirin ilk 4 matçının hamısında qol vurmağı bacaran 5-ci oyunçu olub.

- Aller eyni zamanda ÇL-in cari mövsümündə ilk 4 qarşılaşmanın hər birində qol vuran 3 oyunçudan biridir. Onun aktivində 7 top var. Digər qolçular Robert Levandovski (8 qol) və Kriştiano Ronaldodur (5).