12:44 04-11-2021
news_image
97
FUTBOL

Dibala müqaviləni razılaşdırdı

“Yuventus”un hücumçusu Paulo Dibala, nəhayət ki, klubla yeni müqavilənin şərtlərini razılaşdırıb.

Apasport.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Nikolo Skira məlumat yayıb.

Onun sözlərinə görə, Argentina millisinin üzvünün yeni sözləşməsi 2026-cı ilin yayına kimi nəzərdə tutulacaq. 28 yaşlı ön xətt oyunçusunun bundan sonra illik maaşı 8,5 milyon avro təşkil edəcək. Daha 1,5 milyon avro isə müxtəlif bonuslar şəklində veriləcək. Futbolçunun meneceri müqaviləni rəsmiləşdirmək üçün yaxın iki həftə ərzində Turinə yollanacaq.

Qeyd edək ki, bu mövsüm A seriyasında keçirdiyi 8 oyunda 3 qol vuran Paulo Dibala Çempionlar Liqasının qrup mərhələsinin “Zenit”lə son görüşündə 4:2 hesablı qələbəyə dublla töhfə verib.