13:05 04-11-2021
news_image
96
FUTBOL

Xavi Barselonaya qayıtmaq istədiyini təsdiqlədi

“Əl-Sədd”in baş məşqçisi Xavi Ernandes “Barselona” ilə danışıqlarla bağlı mətbuata açıqlama verib.

Apasport.az saytının məlumatına görə, 41 yaşlı mütəxəssis vaxtilə kapitanı olduğu komandaya dönmək arzusunu gizlətməyib.

O, klublar arasında danışıqların nəticəsini gözlədiyini vurğulayıb: “Barselona” ilə bir neçə gündür təmasdayıq. Hazırda hər şey klublar arasındakı danışıqlardan asılıdır. Hamımız çox həyəcanlıyıq, nələr olacağını görəcəyik. Mən evimə, Barselonaya qayıtmaq istəyirəm. Ümid edirəm ki, bu arzum gerçəkləşəcək”.

Qeyd edək ki, “Barselona” rəsmiləri hazırda Qətərdə “Əl-Sədd” rəhbərliyi ilə danışıqlar aparır.