14:15 04-11-2021
news_image
107
FUTBOL

Lüksemburq millisi Azərbaycanla oyun üçün heyətini açıqladı

Lüksemburq millisi Azərbaycanla oyun üçün heyətini açıqladı

Lüksemburq millisi DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan və İrlandiya ilə keçiriləcək oyunların heyətini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Lük Holts qarşıdakı matçlarda xidmətindən yararlanacağı oyunçuları müəyyənləşdirib.

O, 3 qapıçı, 9 müdafiəçi, 7 yarımmüdafiəçi və 4 hücumçuya dəvət göndərib.

Qapıçılar: Tim Kips, Timoti Martin, Antoni Moris
Müdafiəçilər: Leandro Barreyro, Florian Bonert, Kristofer Martins, Matias Olesen, Dioqo Pimentel, Danel Sinani, Aldin Skenderoviç, Olivye Till, Sebastyan Till
Yarımmüdafiəçilər: Dirk Karlson, Maksim Şanot, Loren Yans, Kevin Malqet, Mika Pinto, Vahid Selimoviç, Erik Veyqa
Hücumçular: Yvandro Borqes, Mauritse Davill, Maykl Omosanya, Gerson Rodriges.

Qeyd edək ki, noyabrın 11-də Bakı Olimpiya Stadionunda Azərbaycan millisinin qonağı olacaq Lüksemburq yığması bundan 3 gün sonra İrlandiyanı qəbul edəcək.