14:17 04-11-2021
news_image
80
FUTBOL

“Mançester Yunayted” müdafiəçisini 1 aylıq itirdi

“Mançester Yunayted” müdafiəçisi Rafael Varanı itirib.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvü Çempionlar Liqasının qrup mərhələsinin IV turunda “Atalanta” ilə oyunda zədələnib.

Tibbi müayinədən sonra 28 yaşlı mərkəz müdafiəçisinin bud əzələsindən xəsarət aldığı müəyyənləşib. Həkimlər onun təxminən bir ay yaşıl meydanlardan uzaq qalacağını açıqlayıb.

Qeyd edək ki, Rafael Varan bu mövsüm 9 oyunda iştirak edib, 1 məhsuldar ötürmə verib.