14:45 04-11-2021
news_image
123
FUTBOL

“Barselona” 45 milyonluq futbolçuya elçi düşdü

“Barselona” heyətin gücləndirilməsi üçün transfer çalışmalarını davam etdirir.

Apasport.az saytının məlumatına görə, İspaniya nəhənginin qış transfer pəncərəsində almaq istədiyi daha bir futbolçu bəlli olub.

La Liqa təmsilçisi İngiltərə “Tottenhem”inin yarımmüdafiəçisi Tanqi Ndombeleni sıralarına qatmağı planlaşdırır. 24 yaşlı fransalı “Barselona”nın yarımmüdafiə xəttini gücləndirməlidir. Tanqinin transfer qiyməti 45 milyon avro ilə dəyərləndirilir.

Qeyd edək ki, 2021/22 mövsümündə 9 matça çıxan Ndombele 2 qol vurub.