16:08 04-11-2021
news_image
86
FUTBOL

Oktyabrın ən yaxşısı adına 8 futbolçu, 4 məşqçi namizədi

İngiltərə Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu və baş məşqçisi adına namizədlər müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, təşkilatçılar 8 oyunçu və 4 mütəxəssisi fərqləndirib.

Ən yaxşı futbolçu olmağa Ben Kiluell (“Çelsi”), Maksvell Kornet (“Bernli”), Fil Foden (“Mançester Siti”), Tino Livramento (“Sauthempton”), Aaron Ramsdeyl (“Arsenal”), Deklan Rays (“Vest Hem”), Məhəmməd Salah (“Liverpul”) və Yuri Tilemans (“Lester”) iddia edir.

Yurgen Klopp (“Liverpul”), Devid Moyes (“Vest Hem”), Tomas Tuxel (“Çelsi”) və Patrik Vieyra (“Kristal Pelas”) isə oktyabrın məşqçisi olmağa namizəddir.