16:49 04-11-2021
news_image
109
FUTBOL

Azərbaycanla oyuna 4 ehtiyat qüvvə çağırıldı – koronavorus riski səbəbindən

DÇ-2022-nin seçmə mərhələsinin son matçlarında Azərbaycan və İrlandiya ilə qarşılaşacaq Lüksemburq yığmasında 23 nəfərlik heyətdən əlavə daha 4 oyunçu ehtiyat qüvvə kimi dəvət alıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Lük Holts sifariş olunan “23-lük”dəki oyunçulardan kimsə zədələnsə və ya xüsusən də, koronavirus testi pozitiv çıxsa, onları əvəz edəcək şəxsləri müəyyənləşdirib.

Çalışdırıcı Lüksemburq çempionatında çıxış edən Emanuel Kabral (“Fola”), Kris Filipps (“Viltz”), Deyvid Sinani və Edvin Muratoviçin (hər ikisi “Düdelanj”) adını ehtiyat heyətə salıb.

Qeyd edək ki, noyabrın 11-də Azərbaycan millisinin qonağı olacaq Lüksemburq yığması üç gün sonra İrlandiyanı qəbul edəcək.