17:00 04-11-2021
news_image
123
FUTBOL

Hakimi söyən futbolçu ilə bağlı şikayət rədd edildi

AFFA etirazı rədd etdi

Apellyasiya Arbitraj Tribunalı birinci divizion klubu “Kəpəz”in etirazına baxıb.

Apasport.az saytının məlumatına görə, qurum Gəncə klubunun apellyasiya şikayətini təmin etməyib.

AFFA İntizam Komitəsinin oktyabrın 14-də “Kəpəz”in U-17 komandasının oyunçusu Nihad Qəribov barədə verdiyi qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, U-17 Liqasının “Kəpəz” – “Qəbələ” matçının son dəqiqəsində  hakimi təhqir edən Nihad Qəribov 4 oyunluq cəza alıb.