17:55 04-11-2021
news_image
149
FUTBOL

Xavinin “Barselona”da debüt matçı müəyyənləşdi

“Əl-Sədd”in baş məşqçisi Xavi Ernandesin “Barselona”nın sükanı arxasına keçidi rəsmiləşmək üzrədir.

Apasport.az saytının məlumatına görə, Kataloniya klubu rəhbərliyinin Qətər təmsilçiləri ilə bugünkü görüşü müsbət məcrada keçib.

İspaniya klubunun idman üzrə vitse-prezident Rafa Yuste və direktoru Mateu Alemani başda olmaqla nümayəndə heyətinin Qətər təmsilçiləri ilə danışığı yekunlaşmaq üzrədir. “Barsa” artıq sabah Xavini rəsmən təqdim etməyi planlaşdırır.

Gənc mütəxəssis əfsanəsi olduğu klubda baş məşqçi kimi debütünü noyabrın 20-də “Espanyol”la qarşılaşmada edəcək.