18:46 04-11-2021
news_image

Qadın güləşçilərimiz yenə ilk görüşdə uduzdu

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, dördüncü yarış günündə son 3 qadın güləşçimiz mübarizəyə qoşulub.

Tatyana Varansova startda rusiyalı rəqibinə uduzub. Jalə Əliyeva debütdə yerli idmançıya məğlub olub. Birgül Soltanova Qazaxıstan güləşçisiylə görüşdə 7:0 hesabıyla öndə olsa da, bu üstünlüyünü sonadək qoruya bilməyib.

Beləliklə, mundiala 5 qadın güləşçi ilə yollanan yığmamız idmançılarının hamısı ilk görüşdə uduzub. 

53 kq
Təsnifat: Tatyana Varansova - Yekaterina Verbina (Rusiya) 0:10

62 kq
Təsnifat: Jalə Əliyeva - Anna Fabian (Serbiya) 3:6

65 kq
1/8 final: Birgül Soltanova - Ayna Temirtassova (Qazaxıstan) 7:8