19:17 04-11-2021
news_image
102
FUTBOL

Çempionlar Liqasında həftənin futbolçusu açıqlandı

Çempionlar Liqasında həftənin futbolçusu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, “Bavariya”nın hücumçusu Robert Levandovski bu ada layiq görülüb.

Polşalı forvard UEFA-nın azarkeşlər arasında apardığı sorğuda Pedro Qonçalves (“Sportinq”), Kriştiano Ronaldo (“Mançester Yunayted”) və Paulo Dibalanı (“Yuventus”) üstələyib.

Qeyd edək ki, qrup mərhələsinin IV turunda "Bavariya"nın "Benfika"nı 5:2 hesabı ilə məğlub etdiyi görüşdə Levandovski het-trikə imza atıb.