20:09 04-11-2021
news_image

Yığmamızdan dünya çempionatında 2 yubiley

Məhəmməd Abdullayev Azərbaycan boks yığmasının tarixinə düşüb. 

Apasport.az Boks Federasiyasının saytına istinadən məlumat verir ki, onun Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında qazandığı bürünc medal 2 yubileylə əlamətdar olub. 

+92 kq çəkidə mübarizə aparan “Baku Fight Lab”ın üzvü yarımfinalda uduzaraq, bu yubileyləri rəsmiləşdirib. Onun əldə etdiyi üçüncülük Azərbaycan boks tarixinə dünya çempionatlarında qazanılan 10-cu bürünc kimi düşüb. Sayca 21-ci mundialda qazanılan bu medal boksçularımızın həm də 20-ci mükafatıdır. 

Qeyd edək ki, Abdullayev dünya çempionatında fəxri kürsüyə yüksələn 17-ci Azərbaycan boksçusudur. Sabah millimizin üzvü Alfonso Dominqes (86 kq) final görüşünə çıxacaq. Bu gün axşam saatlarında isə Sərxan Əliyev (71 kq) yarımfinal döyüşünü keçirəcək.