20:32 04-11-2021
news_image
229
FUTBOL

Almatıda üç əlamətdar hadisə: Maksim, Şahruddin və Kadi

Konfrans Liqasının qrup mərhələsinin “Kayrat”la hazırda davam edən qarşılaşma “Qarabağ”ın üç futbolçusu üçün yubileylə əlamətdardır.

Apasport.az saytının məlumatına görə, Maksim Medvedev, Şahruddin Məhəmmədəliyev və Kadi Borqes qitə miqyaslı turnirlərdə yubiley oyununu keçirir.

Maksim 110-cu sınağına çıxıb. O, Azərbaycan klublarında ən çox avrokubok matçı keçirən oyunçudur.

Şahruddin 20-ci belə görüşün iştirakçısıdır. Kadi isə 10-cu dəfə avrokubok qarşılaşmasına çıxıb.

Hər üç oyunçu qitə miqyaslı turnirlərdə yalnız bir klubda – “Qarabağ”da forma geyinib. Medvedevlə Məhəmmədəliyev üç müxtəlif turnirdə - Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında oynayıbsa, braziliyalı legioner yalnız üçüncü dərəcəli klub yarışında meydana çıxıb.