00:00 05-11-2021
news_image
689
FUTBOL

“Qarabağ”dan daha bir ilk – rəqibə qənim kəsildi

“Qarabağ” avrokuboklar tarixində daha bir ilkə imza atıb.
 
Apaasport.az saytının məlumatına görə, təmsilçimiz Konfrans Liqasında da qrupdakı rəqibindən altı xal alıb.

İlk dəfə keçirilən qitənin üçüncü dərəcəli klub turnirində debüt edən Azərbaycan klubunun “qurban” “Kayrat” olub. Azərbaycanın vitse-çempionu “Qarabağ” Qazaxıstan klubuna hər iki matçda qalib gəlib. İki həftə əvvəl rəqibini 2:1 hesabı ilə məğlub yola salan Qurban Qurbanovun yetirmələri Almatıda da eyni nəticə ilə qələbə qazanıb.

Konfrans Liqasının qrupunda çıxış edən ilk təmsilçimiz birinci cəhddə rəqibinə qənim kəsilməyi bacarıb. Avropa Liqasının 2016/17 mövsümündə PAOK-dan 6 xal alan (2:0, 1:0) ağdamlılar bu dəfə Konfrans Liqasında ilk müəllifi olub.

Qeyd edək ki, Konfrans Liqasında mübarizə aparan Ağdam klubu qrupda daha bir rəqibi – “Omoniya” da eyni aqibətlə üz-üzə qoya bilər. Səfərdə rəqibini darmadağın edən təmsilçimiz Bakıda da qalib gəlməlidir.