22:40 04-11-2021
news_image
358
FUTBOL

Kurban Berdıyev: “Qarabağ” çərçivəyə iki zərbə vurdu, hər ikisi qol oldu”

“Çətin oyun oldu. Rəqib çərçivəyə iki zərbə vurdu, hər ikisi qol oldu”.

Apasport.az saytının məlumatına görə, bu sözlər Qazaxıstan klubu “Kayrat”ın baş məşqçisi Kurban Berdıyevə məxsusdur.

Təcrübəli mütəxəssis Konfrans Liqasının qrup mərhələsinin IV turunda Almatıda “Qarabağ”a qarşı keçirilən oyundan sonra mətbuat konfransına qatılıb.

O, komandasının 1:2 hesabı ilə uduzduğu qarşılaşmadakı performansını dəyərləndirib: “Oyunumuzun keyfiyyətindən razıyam, nəticədən yox. İki əks-hücum buraxdıq və qol oldu. Qol imkanlarından istifadə etməmək bizi pis vəziyyətə qoydu. Futbolçulara dedim ki, bu, bizim birgə çalışdığımız dövrdə ən yaxşı oyun idi. Amma əlimiz hər yerə yetmir. Müdafiə xəttimiz əks-hücumlar zamanı nə etməli olduğunu bilir, amma...”.

Berdıyev zədələnən futbolçularından da danışıb: “Yan Voroqovski həqiqətən də ciddi zədələnib. Düşünürəm ki, onda qırıq var. Yatsek Qoralskini əvəzləməyə hazırlaşırdıq. Lakin Polyakov müdafiədə lazım idi. Nurali Alipin durumu elədir ki, növbəti matça yetişəcəyinə ümid edirik”.

Mütəxəssis “Qarabağ”ın vurduğu ikinci qoldakı səhvə də toxunub: “Biz epizoda Stas Poktailovla baxırdıq. O, topa çıxmamalı idi. Lakin qapıçı yarımvəziyyətdə qaldı və topu üzərindən aşırdılar. Əgər Stas yerində qalsaydı, yəqin ki, qol da olmazdı”.