22:53 04-11-2021
news_image
332
FUTBOL

Baş məşqçi zədələnən Kadi Borqesin durumundan danışdı

“Kadi Borqesin durumu pis deyil”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsində “Kayrat”la keçirilən oyunda zədələnən yarımmüdafiəçi Kadi Borqesin durumu haqda danışarkən deyib.

Almatıdakı qarşılaşmada sifətindən zərbə alan braziliyalı futbolçu 60-cı dəqiqədə Ramil Şeydayevlə əvəzlənib. Oyunsonrası mətbuat konfransında Qurbanov aparıcı oyunçunun durumunun qorxulu olmadığını söyləyib: “Bir az başgicəllənməsi var. Düşünürəm ki, zədəsi çox ciddi olmayacaq. Ancaq zərbə möhkəm olmuşdu. Hətta dodağı qanamışdı”.

Qeyd edək ki, “Qarabağ” “Kayrat” üzərində səfərdə 2:1 hesablı qələbə qazanıb.