23:18 04-11-2021
news_image

Sərxan Əliyev dünya çempionatında bürünc medal qazandı

Azərbaycan yığması Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında növbəti medalını rəsmiləşdirib. 

Apasport.az saytının məlumatına görə, komandamızın aktivinə ikinci bürünc mükafatı Sərxan Əliyev (71 kq) əlavə edib. 

İlk 3 mərhələdə Stefen Nevns (Şotlandiya), Yuta Akiyama və Obed Bartiyə (ABŞ) qalib gələn həmyerlimiz yarımfinalda ukraynalı Yuri Zaxariyevlə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından Əliyev bürünc medalla kifayətlənib. Ondan öncə Məhəmməd Abdullayev (+92 kq) də mundialı 3-cü pillədə başa vurub. 

Qeyd edək ki, sabah millimizin boksçusu Alfonso Dominqes (86 kq) final görüşünə çıxacaq. O, braziliyalı Keno Maçadonu sınağa çəkəcək.