23:40 04-11-2021
news_image
244
FUTBOL

“Qalatasaray” evdə qələbəni əldən verdi

“Qalatasaray” Avropa Liqasının qrup mərhələsində növbəti oyununa çıxıb.

Apasport.az saytının məlumatına görə, Türkiyə klubu IV turda Moskva “Lokomotiv”ini qəbul edib.

İstanbuldakı görüşdə Sofian Fequli 43-cü dəqiqədə hesabı açıb. Buna baxmayaraq, ruslar 73-cü dəqiqədə Françios Komaninin qolu sayəsində status-kvonu bərpa edib – 1:1.

Fatih Terimin yetirmələri evdə qələbəni əldən verməsinə baxmayaraq, həm məğlubiyyətsiz oyunlar seriyasını, həm də E qrupunda 8 xalla liderliyini davam etdirib. “Lokomotiv” isə 2 xalla qrup sonuncusudur.