00:27 05-11-2021
news_image
344
FUTBOL

Serxio Ramos üçün 5 variant - PSJ müqaviləni ləğv edir

PSJ-nin müdafiəçisi Serxio Ramos Paris klubunu debüt etmədən tərk edə bilər.

Apasport.az saytının məlumatına görə, 35 yaşlı oyunçunun zədəsinin sağalma prosesi uzun çəkdiyindən, Liqa1 təmsilçisi onunla müqaviləni ləğv etməyi düşünür.

İspaniya millisinin kapitanının karyerasını davam etdirmək üçün artıq 5 variantı var. Ramosun “Real” və ya “Sevilya”ya qayıtması ehtimallar arasındadır. Həmçinin “Mançester Yunayted”, “Tottenhem” və MLS-in bir klubu onun xidmətində maraqlıdır.

Qeyd edək ki, Serxio Ramos yay fasiləsində “Real”dan PSJ-yə keçsə də, uzun müddətdir zədədən əziyyət çəkdiyi üçün hələ debüt etməyib.