09:06 05-11-2021
news_image
107
FUTBOL

Avropa Liqasında ən yaxşı adına namizəd “dördlük”

Avropa Liqasında həftənin futbolçusu adına namizədlər bəlli olub.

Apasport.az saytının məlumatına görə, UEFA qrup mərhələsinin IV tur oyunlarından sonra ənənəvi olaraq 4 futbolçunu fərqləndirib.

Bunlar Sair Benrahma (“Vest Hem”), İslam Slimani (“Lion”), Rikardo Horta (“Braqa”) və Mussa Diabidir (“Bayer”).

Dünənki matçlarda Diabi 2 qol, 2 assist, Benrahma və Slimani 2 qol, Horta isə 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qalib UEFA-nın azarkeşlər arasında apardığı səsvermə yekununda bilinəcək.