09:26 05-11-2021
news_image
302
FUTBOL

“Qarabağ” “Bazel”dən 1,5 faiz öndə - UEFA açıqladı

Konfrans Liqasının qrup mərhələsinin ilk 4 turundan sonra topla ən çox oynayan komanda “Qarabağ”dır.

Apasport.az saytının məlumatına görə, dünən “Kayrat” üzərində Qazaxıstanda 2:1 hesablı qələbə qazanaraq qrupdan çıxmağı təmin edən Azərbaycan təmsilçisi topa sahib olmada liderliyi ələ keçirib.

Qurban Qurbanovun yetirmələri ilk 4 tura əsasən orta hesabla hər matçda 60,5 faiz topa sahib çıxır. Ağdamlıları bu göstəricidə “Alkmaar” və “Gent” izləyir. Niderland və Belçika klublarında topa sahib olma 59,8 faizdir.

“Qarabağ”la eyni qrupda yer alan “Bazel” isə 59 faizlik göstərici ilə 4-cü pillədə qərarlaşır.

Qeyd edək ki, ilk 4 turda aktivində 10 xal olan “Qarabağ” növbəti oyununu noyabrın 25-də Bakıda “Omoniya”ya qarşı keçirəcək.