10:24 05-11-2021
news_image
770
FUTBOL

“Qarabağ”ın bahar TƏQVİMi

Azərbaycan futbolu tarixində ilk dəfə avrokubokların ikinci yarısında mübarizə aparacaq “Qarabağ” üçün təqvim bəllidir. 

Apasport.az saytının məlumatına görə, Konfrans Liqasında qrupdan çıxmağı rəsmiləşdirən Ağdam klubu ya pley-off, ya da 1/8 finalda mübarizəni davam etdirəcək.

Pley-offun püşkü bu il atılacaqsa, oyunları növbəti il baş tutacaq. Konfrans Liqasının bahar hissəsinin təqviminə əsasən 3 püşkatma və 9 oyun günü olacaq. Belə ki, 1/4, 1/2 və finalın püşkü eyni gündə atılacaq.

Pley-off
Püşkatma: 13 dekabr 2021-ci il
İlk oyun: 17 fevral 2022-ci il
Cavab oyunu: 24 fevral 2022-ci il

1/8 final
Püşkatma: 25 fevral 2022-ci il
İlk oyun: 10 mart 2022-ci il
Cavab oyunu: 17 mart 2022-ci il

1/4 final
Püşkatma: 18 mart 2022-ci il
İlk oyun: 7 aprel 2022-ci il
Cavab oyunu: 14 aprel 2022-ci il

1/2 final
Püşkatma: 18 mart 2022-ci il
İlk oyun: 28 aprel 2022-ci il
Cavab oyunu: 5 may 2022-ci il

Final
Püşkatma: 18 mart 2022-ci il
Oyun: 25 may 2022-ci il (Tirana, Albaniya)