10:37 05-11-2021
news_image
211
FUTBOL

Konfrans Liqasında Medvedev 1-ci, Medina 3-cüdür

“Qarabağ”ın müdafiəçiləri Maksim Medvedev və Kevin Medina Konfrans Liqasında öz mövqelərinin ən yaxşıları sırasındadır.

Apasport.az saytının məlumatına görə, Ağdam klubunun mərkəz müdafiəçiləri ilk 4 turda rəqibdən topu ən çox “oğurlayan” oyunçulardandır.

Qrup mərhələsində 39 dəfə rəqib hücumunun qarşısını kəsən kapitan Medvedev “Yablonets”in müdafiəçisi Yaroslav Zeleni ilə liderliyi bölüşür. Medinada bu göstərici 35-ə bərabərdir. Kolumbiyalı futbolçu “Gent”in üzvü Nqadeu-Nqadyui ilə birlikdə 3-cü yerə şərikdir.

Qeyd edək ki, IV turda “Kayrat” üzərində 2:1 hesablı səfər qələbəsi qazanan “Qarabağ” xallarının sayını 10-a çatdırıb və pley-offa vəsiqəni təmin edib.