10:43 05-11-2021
news_image
204
FUTBOL

Mahir Emrelinin 4 matçda 6 zərbəsi...

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Avropa Liqasında “Legiya”nın heyətində çərçivəyə düşə bilmədiyi zərbə sayına görə fərqlənib.

Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin ilk 4 matçında 24 yaşlı forvardın ümumilikdə 6 zərbəsi çərçivədən yan keçib.

Emreli bu göstəriciyə görə, 4-cü pilləni bölüşdürür. Qeyri-dəqiqlikdə onu yalnız Quelyor Kanqa (“Srvena Zvezda” – 9 zərbə), Pol Onuaçu (“Genk” – 8) və Fyodor Smolov (“Lokomotiv”, Moskva - 7) qabaqlayır.

Qarşılaşmalarda ümumilikdə 9 dəfə cəhd edən forvardın bir həmləsinə blok qoyulub. Mahir indiyə qədər çərçivəyə cəmi 2 dəfə düşə bilib ki, hər iki halda qol sevinci yaşayıb. O, “Lester” üzərində qələbənin (1:0) memarı olubsa, dünən “Napoli”yə vurduğu qol (1:4) heç bir işə yaramayıb.

Qeyd edək ki, “Legiya” 4 turdan sonra 6 xalla C qrupunda 2-ci pillədə qərarlaşıb.