11:08 05-11-2021
news_image
453
FUTBOL

Qazaxıstanda narazılıqlar: “Qarabağ”a evdə uduzmaq biabırçılıqdır”

“Kayrat”ın Bakıdan sonra Almatıda da “Qarabağ”a məğlub olması (1:2) Qazaxıstanda ciddi narazılıqla qarşılanıb.

Apasport.az saytının məlumatına görə, yerli fanatlar doğma arenadakı yenilgiyə səbəb axtarıblar.

Sosial şəbəkələrdəki paylaşımlar zamanı əsasən baş məşqçi Kurban Berdıyev və əcnəbi oyunçular günahkar elan olunub. “Berdıyev, istefa!”, “Legionerlərdən qurtulmağın vaxtıdır”, “Oyun yoxdursa, bunlara pul niyə verilir?”, “Qarabağ”a evdə uduzmaq biabırçılıqdır” kimi paylaşımlar edilib.

Qeyd edək ki, bu qələbə ilə xallarının sayını 10-a yüksəldən “Qarabağ” sona iki tur qalmış pley-offa vəsiqəni təmin edib.