12:02 05-11-2021
news_image
375
FUTBOL

“Bazel”in futbolçusu: “Son durumu həmin matç müəyyən edəcək”

“Hər iki komanda qələbəyə can atırdı. İkinci hissədə tempi artırdıq”.

Apasport.az saytının məlumatına görə, bunu “Bazel”in futbolçusu Liam Millar Konfrans Liqasının qrup mərhələsinin IV turunda “Omoniya” ilə keçirilən səfər oyunu barədə danışarkən deyib.

Kanada millisinin hücumçusu 1:1 hesabı ilə nəticələnən qarşılaşmanın ardından pley-offa vəsiqəni təmin etmələrini dəyərləndirib. 22 yaşlı forvard onlar üçün ən vacib oyunun “Qarabağ”a qarşı olacağını bildirib: “Qrupda iki komanda artıq pley-offa vəsiqəni təmin edib. Qalır kimin neçənci yeri tutacağını müəyyənləşdirmək. Buna isə “Qarabağ”la İsveçrədəki görüşdə aydınlıq gələcək. Qrupdakı son durumu həmin matç müəyyən edəcək”.

Qeyd edək ki, hazırda H qrupunda “Qarabağ” 10 xalla birinci, “Bazel” isə 8 xalla ikinci pillədə qərarlaşır. Azərbaycan klubu ilə İsveçrə təmsilçisi arasında son tur matçı dekabrın 10-da baş tutacaq.