21:59 05-11-2021
news_image
278
FUTBOL

“Mançester Siti”də Qvardiolanı o əvəz edəcək

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola istefa verə bilər.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis karyerasında dəyişiklik etmək fikrindədir.

Təcrübəli çalışdırıcının müqavilə müddəti 2023-cü ilin yayına qədər olsa da, o, mövsümün sonunda ayrılmaq barədə düşünür. 50 yaşlı məşqçinin ayrılma istəyini nəzərə alan “şəhərlilər” indidən bu posta axtarışlara başlayıb.

Britaniya mətbuatı hətta Qvardioladan sonra Brendan Rojersin baş məşqçi təyin olunacağını iddia edib. “Lester”in baş məşqçisi özü də Mançester təmsilçisində çalışmağın əleyhinə deyil. Bu keçid baş tutarsa, Rojersin özü ilə “Lester”dən “Mançester Siti”yə aparmaq istədiyi ilk oyunçu türkiyəli müdafiəçi Çağlar Söyüncüdür.

Qeyd edək ki, Pep Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır.