11:32 07-11-2021
news_image
182
FUTBOL

Cordan idmanda, Ronaldo futbolda - ən çox qazanan “25-lik”

Dünyanın ən çox qazanan idmançılarının siyahısı bəlli olub. 

Apasport.az saytının məlumatına görə, bütün zamanların ən yüksək ödənişli idmançılarının cədvəlini “Sportrico” açıqlayıb.

Siyahıda 25 nəfər yer alıb. Hesablama zamanı idmançıların maaşları, mükafatları, reklam müqavilələri və digər gəlirlərin hamısı nəzərə alınıb.

İdmançıların həm karyeraları, həm də sonrakı dövrdə əldə etdiyi vəsait hesablanıb. 23 idmançının 2021-ci il iyunun 1-dək, qolfçu Albert Palmer və basketbolçu Kobe Brayantın ölümünədək olan qazancı əsas götürülüb.

Cədvəldə 8 idman növü təmsil olunub. Bu 25 idmançının ümumi qazancı 25,5 milyard dollar təşkil edib. Cədvəlin ilk pilləsində sabiq basketbolçu Maykl Cordan qərarlaşıb. Futbolçular arasında ən varlısı Kriştiano Ronaldo cədvəldə 5-cidir.

Ən çox qazanan 25 idmançı (dollarla)
1. Maykl Cordan (basketbol) – 2,62 milyard
2. Tayger Vuds (qolf) – 2,1 milyard 
3. Arnold Palmer (qolf) – 1,5 milyard 
4. Cek Niklaus (qolf) – 1,38 milyard 
5. Kriştiano Ronaldo (futbol) – 1,24 milyard 
6. Floyd Meyvezer (boks) – 1,2 milyard 
7. Lebron Ceyms (basketbol) – 1,17 milyard 
8. Lionel Messi (futbol) – 1,14 milyard 
9. Mixael Şumaxer (avtomobil idmanı) – 1,13 milyard 
10. Rocer Federer (tennis) – 1,12 milyard 
11. Fil Mikelson (qolf) – 1,08 milyard 
12. Devid Bekhem (futbol) – 1,05 milyard 
13. Kobe Brayant (basketbol) – 930 milyon 
14. Şakil O Nil (basketbol) – 870 milyon 
15. Qreq Norman (qolf) – 815 milyon 
16. Mayk Tayson (boks) – 775 milyon 
17. Aleks Rodriges (beysbol) – 650 milyon 
18. Menni Pakyao (boks) – 630 milyon 
19. Kevin Dyurant (basketbol) – 625 milyon 
20. Lyuis Hamilton (avtomobil idmanı) – 620
21. Neymar (futbol) – 615 milyon 
22. Ceff Qordon (avtomobil idmanı) – 595 milyon 
23. Oskar de la Xoyya (boks) – 580 milyon 
24. Peyton Menninq (Amerika futbolu) – 570 milyon 
25. Derek Citer (beysbol) – 555 milyon