13:16 05-11-2021
news_image
144
FUTBOL

Qətər yığmasına Azərbaycanla oyun üçün 27 futbolçu çağırıldı

Qətər yığması Serbiya və Azərbaycan millisinə qarşı keçiriləcək yoldaşlıq görüşlərinin heyətini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Feliks Sançes qarşıdakı matçlara 27 futbolçu çağırıb.

Qapıçılar: Saad əl-Şib, Meşaal Barşam (hər ikisi “Əl-Sədd”), Mahmud Abunada (“Əl-Arabi”), Salah Zakaria (“Əl-Duhail”);
Müdafiəçilər: Pedro Migel, Abdelkarim Hassan, Tarek Salman, Ahmed Suhail, Musab Xeder, Salem əl-Hacri (hamısı “Əl-Sədd”), Bassam əl-Ravi (“Əl-Duhail”), Tamim əl-Muhaza, Homam Ahmed (hər ikisi “Əl-Qarafa”);
Yarımmüdafiəçilər: Bualem Xuxi, Məhəmməd Vaad, Tarek Salman (hamısı “Əl-Sədd”), Assim Madibo, Karim Budiaf, İsmayıl Məhəmməd, Abdulla Əl Ahrak (hamısı “Əl-Duhail”), Ahmed Fathi (“Piramidz”, Misir), Abdulaziz Hatem (“Əl-Rayyan”), Xalid Munir (“Əl-Bakra”);
Hücumçular: Əkrəm Afif, Hassan əl-Haydos (“Əl-Sədd”), Məhəmməd Muntari, Almoez Əli (hər ikisi “Əl-Duhail”).

Qeyd edək ki, Qətər yığması noyabrın 11-də Belqradda Serbiyanın, üç gün sonra isə Bakıda Azərbaycan millisinin qonağı olacaq.