13:58 05-11-2021
news_image
213
FUTBOL

Aftandil Hacıyev üçün il bitdi - AFFA-dan diskvalifikasiya

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev cəzalanıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Mütəxəssis Premyer Liqanın IX turundakı davranışı üzündən cəzaya layiq görülüb. “Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə mütəxəssis 5 oyun diskvalifikasiya edilib. “Səbail” 4000 manat cərimələnib. 

Bununla da Hacıyev üçün mövsümün ilk yarısı başa çatıb. O, 2021-ci ilin sonunadək yalnız kubok görüşlərində iştirak edə biləcək. Çempionatda ilin son 5 matçını isə tribunadan izləyəcək.

Bakı təmsilçisinin futbolçusu Nikolas Raysel “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. O, klubu 3200 manat ziyana salıb.

Matç boyu hesab tablosunun işləkliyi təmin edilmədiyi üçün meydan sahibi 800 manat cərimələnib.