14:01 05-11-2021
news_image
127
FUTBOL

"Keşlə" və "Sabah" cərimələndi

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın IX turunun oyunlarında baş verənlər müzakirə olunub.

Komitə üzvləri xoşagəlməz hadisələrə hüquqi qiymət veriblər. “Zirə” – “Keşlə” oyununda qonaqların futbolçusu Tural Axundov “sonuncu ümid folu”na görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. “Keşlə” 200 manat cərimə olunub.

“Qəbələ” – “Sabah” oyununda da qonaqlar cəzalanıb. 4 futbolçusu sarı vərəqə alan klub 800 manat cərimə ödəyəcək.