00:27 06-11-2021
news_image
237
FUTBOL

Koman “Bavariya”dan gedir

Fransa millisinin futbolçusu Kinqsli Koman klubunu dəyişməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Almaniya “Bavariya”sı ilə müqavilənin uzadılması barədə razılığa gələ bilmir.

25 yaşlı futbolçu ildə indiki kimi 10 deyil,  20 milyon avro maaş almasını istəyir. Münhenlilər isə ona 13 milyon verməyə razıdır.

Bu üzdən də müqaviləsi 2023-cü ilin yayında başa çatacaq Komanın başqa kluba keçidi gündəmə gəlib. Kinqsli anlaşması bitdikdən sonra azad agent kimi klubunu dəyişməyi planlaşdırısa, “Bavariya” saxlaya bilmədiyi oyunçunu satmaqda maraqlıdır.

Koman “Barselona” və “Çelsi”nin maraq dairəsindədir. Hər iki klub cari mövsüm Bundesliqanın 5 oyununda 2 qol vuran futbolçunu mümkün qədər ucuz qiymətə heyətinə qatmaq arzusundadır.