12:41 07-11-2021
news_image
463
FUTBOL

“Qarabağ”ın futbolçusu Konfrans Liqasının ən kobududur

“Qarabağ”ın yarımmüdafiəçisi Patrik Andrade Konfrans Liqasının ən kobud futbolçularından biridir.

Apasport.az saytının məlumatına görə, kabo-verdeli qrup mərhələsinin ilk 4 turunda rəqiblərə ən çox cərimə zərbəsi qazandıran oyunçudur.

28 yaşlı orta sahə oyunçusu 12 dəfə kobudluqla yadda qalıb ki, bu göstəricidə qrupdakı rəqiblərdən “Kayrat”ın hücumçusu Joze Kante ilə birlikdə liderliyi bölüşür. Ağdam təmsilçisinin digər yarımmüdafiəçisi Kadi Borqesdə bu say 10-a bərabərdir. Braziliyalı vinger 5-ci yerə şərikdir.

Kadi kobudluğa ən çox məruz qalan ikinci futbolçudur. Rəqiblər onu 13 dəfə cərimə bahasına dayandırmalı olublar. Bu göstərici üzrə lider Jair (HİK) Kadidən 1 cərimə öndədir. Ağdamlıların digər hücumameyilli oyunçusu Abdullah Zubir isə 9 dəfə kobudluğa məruz qalıb.

Qeyd edək ki, H qrupunda yer alan “Qarabağ” ilk 4 turda 10 xal toplayaraq, pley-offa vəsiqəni təmin edib.