14:22 07-11-2021
news_image
126
FUTBOL

“Sumqayıt”ın müdafiəçisi: “Qarabağ” bizimlə oyuna layiqli qələbə ilə gəlir”

“Qarabağ”ın gücü hər kəsə bəllidir. Uzun illərdir Azərbaycanı Avropa arenasında təmsil edirlər”.

Bunu apasport.az saytına açıqlamasında “Sumqayıt”ın müdafiəçisi Höccət Haqverdi Azərbaycan Premyer Liqasının X turunda “Qarabağ”la keçiriləcək oyun barədə danışarkən deyib.

28 yaşlı mərkəz müdafiəçisi rəqibin gücünə baxmayaraq, komandasının öz meydanında uğurlu nəticə əldə edəcəyinə inandığını söyləyib: “Olduqca yaxşı komandaya qarşı çıxış edəcəyik. “Qarabağ” Konfrans Liqasında “Kayrat” üzərində layiqli qələbə qazanaraq bizimlə oyuna gəlir. Ancaq komandamız doğma azarkeşlər qarşısında istədiyimiz nəticəni qazanmaq üçün əlindən gələni edəcək”.

“Səbail”lə ötən tur matçında sarı vərəqə alan Höccət cari mövsümdəki “sarı”larının sayını 4-ə çatdıraraq cəzalı duruma düşüb. Milli komandamızın üzvü bildirib ki, "Qarabağ"a qarşı oynaya bilməyəcəyim üçün çox üzülür: "Çünki komandama kömək etmək istəyirdim. Təəssüf ki, meydana çıxa bilməyəcəyəm. Amma növbəti oyunlarda ən yaxşı çıxışımı göstərmək üçün əlimdən gələni əsirgəməyəcəyəm".

Qeyd edək ki, noyabrın 7-də “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyunu saat 19:30-da start götürəcək.