16:31 05-11-2021
news_image
279
FUTBOL

Oblak arzusunun dalınca gedir

İspaniyanın “Atletiko” klubunun qapıçısı Yan Oblak La Liqa təmsilçisini tərk etməyə qərar verib.

Apasport.az saytının məlumatına görə, sloveniyalı qolkiper ən böyük arzusuna Madrid təmsilçisi ilə çata bilməyəcəyindən belə addım atmağa hazırdır.

Oblak Çempionlar Liqasının qalibi olmağa can atır. “Atletiko” ilə bunun reallaşmasına inamı olmayan əlcək sahibi daha iddialı klub axtarır.

Yan İngiltərənin aparıcı klublarından birinə keçə bilər. “Çelsi”, “Mançester Yunayted” və “Mançester Siti” onun xidmətində maraqlıdır. Müqaviləsi 2023-cü ilin yayında başa çatacaq qolkiperin keçidi üçün həmin klublar “Atletiko” ilə razılıq əldə etməlidir.