17:13 07-11-2021
news_image
168
FUTBOL

Türkiyə klublarının Çempionlar Liqasında ən ağır məğlubiyyətləri

Türkiyə klublarının Çempionlar Liqasında ən böyük hesabla məğlub olduqları oyunların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 10 matçın göstərildiyi görüşlər arasına həftəiçi “Beşiktaş”ın “Sportinq”ə 0:4 hesablı yenilgisi düşməyib.

Çünki ilk “10-luq”dakı biabırçı məğlubiyyətlər arasında ən şükürlüsü 5 top fərqli məğlubiyyətlərdir. Diqqətçəkən məqam Türkiyə futbol tarixinin Çempionlar Liqasındakı ən biabırçı yenilgilərini məhz “Beşiktaş”ın almasıdır.

“Liverpul” – “Beşiktaş” – 8:0 (6 noyabr 2007-ci il)
“Lids” – “Beşiktaş” – 6:0 (26 sentyabr 2000)
“Dinamo” (Kiyev) – “Beşiktaş” – 6:0 (6 dekabr 2016)
“Real” – “Qalatasaray” – 6:0 (6 noyabr 2019)
“Valensiya” – “Bursaspor” – 6:1 (24 noyabr 2010)
“Qalatasaray” – “Real” – 1:6 (17 sentyabr 2013)
“Qalatasaray” – “Çelsi” – 0:5 (20 oktyabr 1999)
“Barselona” – “Beşiktaş” – 5:0 (8 noyabr 2000)
“Bavariya” – “Beşiktaş” – 5:0 (20 fevral 2018)
PSJ – “Qalatasaray” – 5:0 (11 dekabr 2019)