17:57 05-11-2021
news_image
208
FUTBOL

“Fiorentina”nın razılığı alınır, Vlahoviç daha böyük kluba keçmək istəyir

“Fiorentina”nın hücumçusu Duşan Vlahoviç daha bir klubun maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, bu dəfə “Arsenal” Avropa nəhəngləri ilə mübarizəyə qoşulub.

Hətta klublar arasında ilkin danışıq da olub. Bu məqsədlə “Fiorentina” rəsmiləri Londona yollanıb. “Topçular” Serbiya millisinin forvardına qarşılıq 80 milyon avro təklif edib. Premyer Liqa klubu bu məbləğin bir hissəsini nağd, bir hissəsini isə bonus şəklində ödəmək niyyətindədir.

Klubların anlaşmağa yaxın olduğu bildirilir. Lakin 22 yaşlı futbolçu özü daha böyük klubda oynamaq arzusundadır. Florensiyalılar isə onu tezliklə sərfəli qiymətə satıb, yerinə yeni hücumçu almağı planlaşdırır.

Qeyd edək ki, Duşan Vlahoviç bu mövsüm A seriyasında 11 oyunda 8 qol vurub, 1 məhsuldar ötürmə verib.