16:35 07-11-2021
news_image
147
FUTBOL

Ən bahalı baş məşqçilər – Xavi “10-luğ”a düşdü

“Barselona”, nəhayət ki, uzun danışıqlardan sonra Xavi Ernandesi baş məşqçi postuna gətirməyi bacarıb.

Apasport.az saytının məlumatına görə, bu keçid müqabilində Kataloniya təmsilçisi Qətərin “Əl-Sədd” klubuna 5 milyon avroluq təzminat haqqı ödəyib.

Bununla 41 yaşlı çalışdırıcı futbol tarixinin ən bahalı 9-cu məşqçisi olub. O, ilk “10-luq”da yalnız Manuel Pelleqrinini qabaqlayır.

Dünya futbol tarixinin ən bahalı çalışdırıcısı isə Yulian Naqelsmanndır. 34 yaşlı mütəxəssisin yayda “Bavariya”nın sükanı arxasına keçməsi sabiq klubu “Leypsiq”ə 25 milyon avro qazandırıb.

Ən bahalı 10 baş məşqçi bunlardır:
1. Yulian Naqelsmann (“Bavariya”) - 25 milyon avro
2. Andre Villaş-Boaş (“Çelsi”) - 15 milyon
3. Brendan Rojers (“Lester”) – 10,5 milyon
4. Ruben Amorim (“Sportinq”) - 10 milyon
5. Joze Mourinyo (“Real”) - 8 milyon
6. Mark Hyuz (“Mançester Siti”) – 6,2 milyon
7. Brendan Rojers (“Liverpul”) - 6.2 milyon
8. Joze Mourinyo (“Çelsi”) - 6 milyon
9. Xavi Ernandes (“Barselona”) – 5 milyon
10. Manuel Pelleqrini (“Real”) - 4 milyon