11:01 06-11-2021
news_image
2361
FUTBOL

Rekorda doğru: Azərbaycan Rusiya və Ukraynadan öndə

Azərbaycan avrokuboklar mövsümünün 21-cisidir.

Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz cari mövsümdə UEFA reytinqi üçün 4,125 xal toplayıb.

Bunun 3,250-si “Qarabağ”ın aktivindədir. “Neftçi” ölkə reytinqinə 0,750, “Sumqayıt” isə 0,125 xal gətirib.

Azərbaycan 55 ölkədən yalnız 20-dən geri qalır. Digər 34 ölkə isə daha az xal toplayıb. Çexiya, Şotlandiya, Rusiya, Ukrayna kimi ölkələr də Azərbaycandan geridədir.

Əmsallar cədvəlinin lideri Niderlanddır. “Zanbaqlar ölkəsi”nin 10,400 xalı var.

21-ci pillə Azərbaycan üçün cədvəldəki rekordunun təkrarıdır. 2016/17 və 2017/18 mövsümlərini bu pillədə bitirən ölkəmiz bu göstəricini təkrarlamaq üçün mövqeyini qorumalıdır.