11:31 06-11-2021
news_image
132
DİGƏR NÖVLƏR

Morinari Vatanabe yenidən Beynəlxalq Gimnastika Federasiyasının prezidenti seçildi

Beynəlxalq Gimnastika Federasiyasının (FİG) Türkiyədə keçirilən Konqresi davam edir.

Apasport.az saytının məlumatına görə, tədbirin ikinci günündə qurumun prezidenti vəzifəsinə seçkilər keçirilib.

FİG-in prezidenti Morinari Vatanabe yenidən bu vəzifəyə seçilib. Yaponiyalı 2022-24-cü illərdə quruma rəhbərlik edəcək.

O, seçkilərin 1-ci mərhələsində 81 səs toplayaraq federasiyanın başçısı seçilib. Vatanabenin yeganə rəqibi Azərbaycanın gənclər və idman naziri, Avropa Gimnastikasının prezidenti Fərid Qayıbov 47 səs toplayıb.