12:57 06-11-2021
news_image
77
FUTBOL

Kroosla müqavilə uzadılır

İspaniyanın “Real” klubu futbolçusu Toni Kroosla bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, almaniyalı yarımmüdafiəçi ilə müqavilə uzadılacaq.

Madridlilər futbolçuya 2024-cü ilin yayınadək olan anlaşma təklif edəcək. 31 yaşlı yarımmüdafiəçinin indiki anlaşması 2023-cü ilin yayında başa çatacaq. “Nyukasl” Toni üçün 30 milyon avro təklif etsə də, “Real” oyunçusunu saxlamağa üstünlük verib. 

Qeyd edək ki, Kroos cari mövsümdə 7 oyunda meydana çıxıb.