12:30 06-11-2021
news_image
92
FUTBOL

Fişəng atıldı, futbolçu xəsarət aldı

İrlandiya çempionatında xoşagəlməz hadisə yaşanıb.

Apasport.az saytının məlumatına görə, “Uoterford”la “Şemrok Rovers” arasında qarşılaşma meydana fişənglər atılması üzündən dayandırılıb.

Qonaqların azarkeşlərinin yaratdığı atəşfəşanlıq nəticəsində “Uoterford”un futbolçusu Entoni Uordsuort xəsarət alıb. Fişənglərdən birinin qığılcımları onun üzünə düşüb. Üzünü tutan yarımmüdafiəçi matçı davam etdirə bilməyib.

Hakim komandaları meydandan çıxarmağa məcbur olub. Qarşılaşma təxminən 10 dəqiqəlik fasilədən sonra davam etdirilib. “Şemrok Rovers” bu görüşdə 3:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 34 oyunda 75 xal toplayan “Şemrok Rovers” çempionatın lideridir.