13:13 06-11-2021
news_image
157
FUTBOL

“Barselona”nın transfer planları

“Barselona”nın qış transfer planları bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu İspaniya klubunun prezidenti Joan Laporta açıqlayıb.

La Liqa təmsilçisinin rəhbəri azarkeş qruplarının nümayəndələri ilə görüşü zamanı qışda 3-ə yaxın transferin gerçəkləşəyini bildirib. “Barselona”nın gücləndirmək istədiyi mövqelərdən biri hücumun mərkəzi ilə bağlıdır.

Klub rəhbərliyi ən azı üç aylıq sıradan çıxan Serxio Aqueronun yerinə oyunçu axtarışındadır. Yeni oyunçu almaq üçün “Barselona” heyətindən bəzi futbolçuları satmalı olacaq. Maaş limitini aşmamaq üçün bu addım zəruri sayılır.

Transferlərlə bağlı işlərə yaxın müddətdə start veriləcək. Bütün məsələlər yeni baş məşqçi Xavinin razılığı ilə həll olunacaq.

Qeyd edək ki, Xavi Ronald Kumanın istefasından sonra boş qalan baş məşqçi postuna bu gün təyin olunub.