14:46 06-11-2021
news_image
139
FUTBOL

“Barselona”nın istədiyi hücumçu

İspaniyanın “Barselona” klubunun transfer etmək istədiyi hücumçunun adı bəlli olub.

Apasport.az saytının məlumatına görə, La Liqa təmsilçisi Sedrik Bakambunun xidmətində maraqlıdır.

30 yaşlı forvard Çinin “Beytszin Qoan” klubunda çıxış edir. Karyerası ərzində Fransa “Soşo”su, Türkiyə “Bursaspor”u və İspaniya “Vilyarreal”ında oynamış Bakambu Konqo millisinin şərəfini qoruyur.

Onun transfer qiyməti 12 milyon avrodur. İlin sonunda müqaviləsi başa çatacaq afrikalı “Barselona”ya azad agent kimi keçə bilər.

Qeyd edək ki, Bakambu 2018-ci ildən Çin klubunun formasını geyinir.