15:29 06-11-2021
news_image
188
FUTBOL

Musayev nəyi dəyişdi?

“Sabah”ın yeni baş məşqçisi Murad Musayev Bakı klubundakı debütündə ciddi islahatlara əl atmayıb.

Apasport.az saytının məlumatına görə, rusiyalı mütəxəssis ötən turla müqayisədə start heyətində yalnız iki dəyişikliyə ehtiyac duyub.

“Qəbələ” üzərində 3:1 hesablı səfər qələbəsində pay sahibləri olan Bəxtiyar Həsənalızadə və Abdulax Xaibulaev “Zirə” ilə bugünkü matçda ehtiyatda qalıb. Hərçənd Bəxtiyar “Sabah”da əvvəlki 9 turu əvəzolunmadan keçirdən iki oyunçudan biridir. Musayev “11-lik”də legionerlərin sayını artırmağı lazım bilib.

O, Xulio Sezar Rodrigez və Şpiro Periçiçi ilk dəqiqələrdən meydana buraxıb. komandanın əsas heyət üzvü olan Perişiç ötən tur ehtiyatda qalmışdı. Xulio isə mövsümdə ikinci dəfə start heyətində şans qazanıb. O, cəmi üç matçda meydana çıxıb. Yalnız bir dəfə “11-lik”də olan hücumçu həmin qarşılaşmada da qırmızı vərəqə alıb.